Tehranda professor Məhəmmədtağı Zehtabi anılıb

AZOH: İranın paytaxtı Tehran şəhərində professor Məhəmmədtağı Zehtabinin vəfatının 14-cü ildönümü münasibətilə anım mərasimi keçirilib. Tədbirdə bir qrup azərbaycanlı ziyalı, şair, yazıçı və milli-mədəni fəal iştirak edib. Mərasim iştirakçıları professor Məhəmmədtağı Zehtabinin Güney Azərbaycan və Türk Dünyasının oyanışına, gənclərin aydınlaşmasına etdiyi xidmətlərdən danışıblar. Tədbirdə doktor Hüseyn Məhəmmədxanlı (Güneyli) mərhum professor haqqında ətrafı çıxış edib və bir çox sualları cavablandırıb. Qeyd edək ki, böyük mütəfəkkir, yazıçı, jurnalist, dilçi və tarixçi alim Məhəmmədtağı Zehtabi dünya azərbaycanlıları üçün tanınmış simadır. O, onlarla ədəbi və tarixi kitabın müəllifidir. «İran türklərinin əski tarixi» professorun ən məşhur əsərlərindən biridir. Xatırladaq ki, bu günlərdə tanınmış azərbaycanlı fəal Çingiz Bəxtavərin də vəfatının ildönümü qeyd olunub. Təbrizdə keçirilən mərasimdə bir çox azərbaycanlı fəal və ictimai xadim iştirak edib.

Share/Save/Bookmark