Təbrizdə «Ümumi dilçilik» kitabı ana dilimizdə nəşr olunub

AZOH: Təbrizdə «Ümumi dilçilik» kitabı ərəb əlifbası ilə Azərbaycan türkcəsində təkrar nəşr edilib. Kitabın müəllifi tanınmış dilçi alim Əli Daşqındır. Kitabda dilçilik elminin əsasları, quruluşu, qolları və sahələri, dilçilik və fəlsəfə, dil və dilçiliyin inkişaf istiqamətləri, dilin insan cəmiyyətindəki yeri və rolu, dilçiliyin qeyri-ictimai elmlərlə əlaqəsi, türk dilləri, ümumi dilçiliyin inkişafında türk dillərinin rolu və s. məqamlardan bəhs olunur.

Share/Save/Bookmark