Təbrizli jurnalist 6 ay azadlıqdan məhrum edilib

AZOH: Təbriz bələdiyyəsinin sədri şikayəti əsasında jurnalist Əli Dadaşi 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şərqi Azərbaycan məhkəməsi jurnalisti Əlirza Novinə böhtan atmaqda günahlandırıb. Jurnalist islami cəzalandırma qanununun 697-ci maddəsinə əsasən, 6 ay həbs cəzasına məhkum edilib. Məlumata görə, məhkəmənin çıxardığı hökm elə bu ay icra ediləcək.

Share/Save/Bookmark