Yunis Ağayan edam oluna bilər

AZOH: Dekabrın 26-da Əhli-Haqq təriqətinə mənsub Yunis Ağayan Mahabad zindanından Urmiya həbsxanasının təkadamlıq kamerasına köçürülüb. Edam cəzasına məhkum edilmiş soydaşımızın dara çəkiləcəyinə dair ehtimallar narahatçılıq doğurur.

Qeyd edək ki, Yunis Ağayan daha dörd nəfər Əhli-Haqq təriqətinə mənsub şəxslərlə İran təhlükəsizlik qüvvələri arasında bir neçə il əvvəl baş vermiş qarşıdurmada həbs olunub. Üçtəpə kəndində baş vermiş qarşıdurmanın iştirakçılarından biri artıq edam olunub, üçünə isə ağır həbs cəzası verilib. Yunis Ağayanın barəsində də edam cəzası çıxarılıb. Lakin məhkəmə hökmü müxtəlif beynəlxalq təzyiqlərə görə hələlik icra edilməyib.

Share/Save/Bookmark