Əziz Purvəliyə ailəsilə görüşə icazə verilmir

AZOH: Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Əziz Purvəli təxminən 20 gündür həbsdə saxlanılmasına baxmayaraq öz ailəsi ilə görüşə bilmir. Soydaşımızın Təbriz həbsxanasındakı saxlanılma vəziyyətinin də yaxşı olmadığı bildirilir. Buna səbəb onun zindanın karqah bölümündə baş vermiş dava-dalaşda digər milli fəala (Məsud Hüseynzadə) qarşı edilən haqsızlığa etiraz etdiyi üçün zindanın karantin bölümünə köçürülməsi və orada ağır şəraitdə saxlanılmasıdır. Əziz Purvəlinin yeni köçürüldüyü bölüm həbsxananın ən çətin və ağır şəraitli bölümü sayılır. Burada davamlı olaraq yoluxucu xəstəliklərə rast gəlinir.

Qeyd edək ki, soydaşımız ötən il iftar mərasimi zamanı Təbrizin Qumtəpə məhəlləsində həbs olunmuş milli-mədəni fəalların sırasında olub. Onlar aylarla «Ettelaat»ın təkadamlıq kamerasında saxlanılıblar.

Share/Save/Bookmark