Həsən Ərk Təbriz həbsxanasından naməlum yerə köçürülüb

AZOH: Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Həsən Ərk Təbriz zindanından naməlum yerə köçürülüb. Soydaşımızın şərti azadlığa buraxılacağı elan edilsə də, ancaq milli fəal dekabrın 25-də Təbriz zindanının karqah bölümündən naməlum yerə köçürülüb. Məlumata görə, «Ettelaat» əməkdaşları həbsxanaya gələrək Həsən Ərki özlərilə aparıblar. Soydaşımızın fiziki durumunun da yaxşı olmadığı bildirilir.

Share/Save/Bookmark