SURIYADA DİNC ƏHALİDƏN 35 İNSAN ÖLÜB

AZOH: Suriyada Martın 15-dən başlayan ixtişaşlar bütün ölkəni bürüməyə davam edir.

Dera şəhərində müxaliflərin keçirdikləri aksiyalarda 35-dən çox insanın öldüyü bildirilir.

Dünən şəhərə daxil olan hökümətə bağlı tanklar isə əmliyyatları davam etdirirlər.

Əməliyyatlarda snayperlər də iştirak edir.

Şəhər əhalisi 3 gündür ki Deraya su və elektirik enerjisi verilmədiyini , yolların meyitlərlə dolu olduğunu deyir.

Ümumiyyətlə indiyə qədər keçirilən əməliyyatlarda 500-dən artıq insanın da həbs edildiyi xəbəri yayılıb.

İnsan Hüquqları təşkilatı isә son açıqlamasında 6 həftədir davam edən qarşıdurmada 400 dinc əhalinin öldürüldüyünü bildirib.

Ölkənin Binyas şəhərinə və ətraf ərazilərinə də Suriya hərbi hissələrinin yerləşdirildiyi bildirilir.

TRT

Share/Save/Bookmark