Həştrudda polislə nümayişçilər arasında qarşıdurma

AZOH: Güney Azərbaycanın Həştrud şəhərində bahalığa etiraz edən vətəndaşlar təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb və onlardan bir neçəsi yaralanıb. Ticarət Departamenti kuponla verilən düyünün qiymətini 25000 tümən elan edincə uzun növbə yaranıb. Bu zaman növbə gözləyən vətəndaşlardan ikisi naməlum səbəbdən dava edib. Əhali polisin hadisə yerinə gec çatması səbəbindən şüarlar səsləndirib və nəhayət, bahalığa qarşı etiraz baş tutub. Məlumata görə, polis qüvvələri hadisə yerinə çatınca etirazçıları dağıtmaq üçün onlara hücum edib, bir neçəsini döyüb və gözyaşardıcı qazdan istifadə edib. Etirazçılardan bir neçəsi yaralanıb və xəstəxanaya aparılıb.

XC

Share/Save/Bookmark