Mahmud Fəzli yenidən «Ettelaat»ın təcridxanasına köçürülüb

AZOH: Güney Azərbaycan Milli Hərəkatının fəalı Mahmud Fəzli fevralın 2-də yenidən Təbrizin mərkəzi zindanından «Ettelaat»ın təcridxanasına köçürülüb. Soydaşımız həbsə alındıqdan sonra 24 gün «Ettelaat»ın təcridxanasında saxlanılmış, 2013-cü il yanvarın 24-də Təbrizin mərkəzi zindanına köçürülmüşdü. Azərbaycanlı fəal 2011-ci il avqustun 24-də də daha 29 nəfər milli-mədəni fəalla birlikdə Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı həbs olunmuş, təxminən iki ay «Ettelaat»ın təcridxanasında və Təbrizin mərkəzi zindanda saxlanılmış, daha sonra mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdı. Mahmud Fəzli bundan əvvəl də milli-mədəni fəaliyyətlərinə görə müxtəlif təzyiqlərə məruz qalıb və həbsə alınıb.

XC

Share/Save/Bookmark