Misirdə Əhmədinejada ayaqqabı atıblar

AZOH: Hadisəni lentə alan video kişinin "qorxaq" sözünü qışqırıb ayaqqabı atdığını göstərir. Ərəb ölkələrində ayaqqabının pəncəsini göstərmək ağır təhqir sayılır.

MövzularSiyasət, Hadisələr, Bölgə

Ləhcəsinə görə suriyalı olduğu təxmin edilən kişinin daha sonra polis tərəfindən həbs olunduğu deyilir.

Motivin nə olduğu bilinmir, lakin bəzi məlumatlara görə, səbəb İranın Suriya hökümətinə verdiyi dəstəkdir.

Cənab Əhmədinejad 1979-cu il İslam inqilabından bəri Misirə səyahət edən ilk İran lideridir.

Ölkə rəhbəri Misirə İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün gedib. Azərbaycanın da üzv olduğu həmin təşkilat - 57 ölkədən ibarətdir.

TRT

Share/Save/Bookmark