Şəhram Dadaşi Təbriz mərkəzi zindanına köçürülüb

AZOH: Fevralın 4-də Güney Azərbaycan Milli Hərəkatının fəalı Şəhram Dadaşi Təbriz mərkəzi zindanının karantin bölümünə köçürülüb. Soydaşımız 2011-ci il oktyabrın 9-da bir ay saxlanıldıqdan sonra 30 milyon tümən mülk girovu qarşılığında Təbrizin mərkəzi zindanından müvəqqəti azadlığa buraxılmışdı. Şəhram Dadaşi daha bir neçə fəalla birlikdə Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində 8 ayı şərti olmaqla 1 il həbs cəzasına məhkum edilmişdi. Əkbər Mühaciri, Məhəmməd Rzabəxşi Xace, Rəhim Əlirzayi, Məsud Bayrami, Əmir Babayi, Vəli Bərqdar və Əsgər Ağayi Əlvəndi bəraət qazanmış daha iki nəfərlə birlikdə Təbriz İnqilab Məhkəməsində mühakimə olunmuşdular. Azərbaycanmlı fəallar 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı həbs alınmış 30 milli fəalla bağlı afişa yaydıqlarına görə tutulmuşdular. Şəhram Dadaşi də barəsində çıxarılmış həbs cəzasının icrası üçün Təbriz mərkəzi zindanının karantin bölümünə köçürülüb.

XC

Share/Save/Bookmark