Heydər Kərimi həbs edilib

AZOH: Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı, jurnalist Heydər (Yaşar) Kərimi həbs edilib. 2011-ci ildə Xoy İnqilab Məhkəməsi asayişi pozmaqda və hökumət əleyhinə fəaliyyətdə təqsirləndirilən azərbaycanlı jurnalisti 6 ay həbs cəzasına məhkum edib. Qərarın icrası üçün Yaşar Kərimi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin («Ettelaat») əməkdaşları tərəfindən fevralın 9-da Xoy şəhərindəki evində həbs edilib.

Qeyd edək ki, Yaşar Kərimi vaxtilə Həmədan şəhərində çap olunmuş «Sina» qəzetinin redaksiya heyətinin üzvü, nəşrlərinə qadağa qoyulmuş «İldırım» tələbə qəzetinin baş redaktoru, «Bulud» tələbə dərgisinin redaksiya heyətinin üzvü, fəaliyyəti yasaqlanmış «Əvrin» və «Aydın səhər» QHT-lərinin təsisçilərindən, eyni zamanda «Bəyan» dərnəyinin katibi olub. Soydaşımız 2010-cu ildə də Yeni GAMOH təşkilatına üzv olduğuna görə həbs olunub və 4 ay «Ettelaat»ın təcridxanasında ağır işgəncələrə məruz qalıb.

XC

Share/Save/Bookmark