Milli fəallarə 6 ay həbs cəzası

AZOH: Güney Azərbaycan Milli Hərəkatının 4 fəalı barəsində məhkəmə hökm çıxarıb. Həmid Manafi, Əfşin Şahbazi, Həmid Haqqı və Kiyan Peyğami hökumət əleyhinə fəaliyyətdə təqsirləndirilərək 2011-ci il sentyabrın 28-də başqa bir azərbaycanlı fəal İbrahim Cəfərzadənin dəfn mərasimində həbs edilib. Onların işinə Xoy İnqilab Məhkəməsinin birinci şöbəsində baxılıb və azərbaycanlı fəalların hər biri iki il müddətinə təxirə salınmaqla 6 ay həbs cəzasına məhkum edilib.

XC

Share/Save/Bookmark