Cavad Həzmi azadlığa buraxılıb

AZOH: Güney Azərbaycan Milli Hərəkatının fəalı azadlığa buraxılıb. Cavid Nəzmi 23 gün Təbriz həbsxanasında saxlanıldıqdan sonra fevralın 11-də zəmanətlə müvəqqəti sərbəstliyinə qovuşub.

Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları yanvarın 22-də Cavid Nəzminin Təbrizdə yerləşən yaşadığı ünvana basqın edərək onun evində axtarış aparıblar. Azərbaycanlı fəala aid kitab və başqa şəxsi əşyalar müsadirə edilib, özü isə həbs olunub.

XC

Share/Save/Bookmark