Höccətülislam Əbdüləziz Əzimi Təbriz zindanına köçürülüb

AZOH: Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı, höccətülislam Əbdüləziz Əzimi Qədim «Ettelaat»ın təcridxanasında 44 gün saxlanıldıqdan sonra Təbriz zindanına köçürülüb. Bu barədə soydaşımızın özü ailəsilə qısa telefon danışığı zamanı bildirib. O, hazırda Təbriz zindanının ruhanilər bölümündə saxlanıldığını bildirib.

Qeyd edək ki, azərbaycanlı fəal 2012-ci il dekabrın 27-də Marağa şəhərində həbs olunub. O, İran Şərqi Azərbaycan vilayətinin işğalçı Ermənistanla əlaqələrini genişləndirməsinə etiraz olaraq keçirilmiş aksiyada çıxışı edərkən tutulub.

XC

Share/Save/Bookmark