İRANIN HERATDAKI KONSULLUĞU QARŞISINDA AKSIYA KEÇIRILIB

AZOH: Aprelin 18-də Əfqanıstanın Herat şəhərində, İranın baş konsulluğu qarşısına etiraz aksiyası keçirilib.

BAO.AZ-ın məlumatına görə, İran sərhədini qanunsuz keçərkən öldürülən 13 əfqanın tabutlarını daşıyan Əfqanıstan vətəndaşları İran hökumətinə qarşı şüarlar səsləndirib. Aksiyaçılar jurnalistlərə deyiblər ki, öldürülən şəxslər narkotik maddə qaçaqmalçıları olmayıblar, 2012-ci ilin avqust ayında iş tapmaq üçün İrana gedərkən sərhədçilərin odlu silahdan açdığı atəşlə öldürülüblər.

İran hökuməti həmin şəxslərin meyitlərini bir neçə gün əvvəl ailələrinə qaytarıb.

Share/Save/Bookmark