ƏMIR ÇƏMƏNI MÜVƏQQƏTI AZADLIĞA ÇIXIB

AZOH: Güney Azərbaycan Milli Hərəkatının fəalı Əmir Çəməni müvəqqəti olaraq məzuniyyətə buraxılıb. Soydaşımız üç aya yaxındır Təbriz həbsxanasının kardərmani bəndində həbsdədir.

 Qeyd edək ki, Əmir Çəməni «Ettelaat»ın Təbriz şöbəsinin əməkdaşları tərəfindən 2013-cü il yanvarın 13-də mənzilində həbs edilib. Evdə yoxlama aparılıb, milli fəala məxsus bir sıra şəxsi əşyalar götürülüb. Təbriz Universitetinin tələbəsi olan azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı bilinmir. Daha öncə də həbs edilən Əmir Çəməni hökumət əleyhinə təbliğat aparmaqda, İranın ali dini liderini və prezidentini təhqir etməkdə ittiham olunub. 50 milyon tümən zəmanətlə məhkəməyədək müvəqqəti azadlığa buraxılan azərbaycanlı fəalın işinə 2012-ci il iyulun 5-də Təbriz İnqilab Məhkəməsində baxılıb. Əmir Çəməni 9 ay 1 gün həbs və 40 zərbə şallaq cəzasına məhkum edilib.

Share/Save/Bookmark