HƏBS EDILMIŞ MƏHƏMMƏD DELNƏVAZDAN HEÇ BIR XƏBƏR YOXDUR

AZOH: Azərbaycanlı milli-mədəni fəal Məhəmməd Delnəvazın tutuqlanmasından 50 gündən çox keçsədə, onun durumu haqda heç bir dəqiq məlumat yoxdur.

BAO.AZ-ın “oyannews”a istinadən məlumatına görə, Məhəmməd Delnəvaz 2 aya yaxındır Təbriz ETTELAATının təcridxanasında saxlanılır. O, qısa telefon bağlantısında ETTELAAT-da saxlanıldığı barədə məlumat verib.

Təhlükəsizlik qüvvələrinin azərbaycanlı fəalın ailəsinə təzyiq göstərməsi səbəbindən, onun durumu barəsində məlumat əldə etməyə mümkün olmur. Həmçinin Delnəvaz yaxalanarkən, onun şəxsiyyət vəsiqəsi, kompüter keysi və bir çox kitabı məmurlar tərəfindən zəbt olunub.

Xatırladaq ki, 30 yaşlı azərbaycanlı fəal Binab şəhərinin İzovuş kəndinin sakinidir. O, davamlı müalicə alan anasının dərman xərclərini təmin etdiyinə görə, tutulduqdan sonra anasının müalicə prosesi dayandırılıb.

Share/Save/Bookmark