FRIDUN AĞAZADƏ ETTELAAT IDARƏSINƏ ÇAĞIRILIB

AZOH: Azərbaycanlı milli-mədəni fəal Fridun Ağazadə (Atila Ağaoğlu) Urmiya şəhərinin ETTELAAT idarəsinə çağırılıb.

BAO.AZ-ın məlumatına görə,ETTELAAT məmurları aprelin 17-də Ağazadəyə məhkəmə hökmünü göstərərək, onu ETTELAAT idarəsinə çağırıblar.

Məlumata görə, ETTELAAT məmurları bir həftədir azərbaycanlı fəalla əlaqə saxlayıb və onun ETTELAAT idarəsinə müraciət etməsini istəyiblər.

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal bundan öncədə mədəni fəaliyyətlərinə görə dəfələrlə tutuqlanıb və müxtəlif təzyiqlərə məruz qalıb.

Share/Save/Bookmark