İRANDA TUTULAN AZƏRBAYCANLININ QARDAŞI: “ŞAMXAL HEÇ VAXT SIYASI IŞLƏRƏ QOŞULMAYIB

AZOH: Şamxal heç vaxt siyasi işlərə qoşulmayıb, millətini sevsə də, milli məsələlərlə bağlı heç vaxt çıxışlar etməyib”. BAO.AZ-ın məlumatına gpörə,İranda həbs olunmuş Şamxal Hüseynovun qardaşı Əlövsət Hüseynov “Media forum” saytına belə deyib.

Şamxal Hüseynov aprelin 30-u Təbrizdə alim Xalidə Xalidlə birgə tutulub. İranın rəsmi saytları onların casusluqda ittiham olunduğunu yazır.

Əlövsət Hüseynov qardaşının Azərbaycan İqtisad Universitetini bitirsə də, sürücülüklə məşğul olduğunu deyib: “Şamxal bu işlə ailəsini dolandırırdı. İrana da sadəcə sürücü kimi gedib. Qardaşımla axırıncı dəfə tutulandan sonra, mayın 2-də danışmışıq. Dedi ki, sağ-salamatdır. Başqa heç nədən söz açmadı”.

Share/Save/Bookmark