ƏLI ƏKBƏR VILAYƏTI: ANA DILINDƏ TƏHSIL ZƏRURI DEYIL

AZOH:

Əlirza Quluncu

İranın prezident seçkilərinə namizədliyini irəli sürən xarici işlər naziri və İran rəhbəri Seyyid Əli Xamneyinin xüsusi müşaviri Əli Əkbər Vilayəti Təbriz Azad Universitetində çıxışı tələbələrin geniş etirazına səbəb olub.

Xəbər saytlarının yazdığına görə, erkən seçki kampaniyalarını başladan tanınmış siyasətçinin iştirakı ilə keçirilən sual-cavab sessiyalarında azərbaycanlı tələbələr dövlətin Azərbaycan bölgələrinə qarşı yürütdüyü ayrı-seçkilik siyasəti və türk dilində təhsilin yasaq olması ilə bağlı suallarla İranın anti-türk siyasətçilərindən biri kimi tanınan Vilayətiyə çətin anlar yaşadıblar.

“Ana dilində yazıb oxumaq heç bir şeyi dəyişdirməz və ölkədəki problemləri həll etməz”-deyə türk dilində təhsilin zəruri olmadığını qeyd edən Əli Əkbər Vilayəti “Azərbaycan İranın başıdır. İranın bütünlüyü Azərbaycanın sayəsində əldə edilib. Abbasilər höküməti dönəmində İran on beş parçaya bölünmüşdü, ancaq Səfəvi

Dövləti dağılmış İranı birləşdirdi”-deyə rəhbərin müşaviri əlavə edib.

AZOH saytı yazır ki, Əli Əkbər Vilayətinin sözləri tələbələrin qəzəbinə səbəb olub. Etirazları yatırmağa cəhd edən siyasətçi sonda “mən ana dilində yazıb oxumaqda problem görmürəm”-deyə söyləyib.

VOA

Share/Save/Bookmark