ANKARADAKI İRAN SƏFIRLIYI QARŞISINDA ETIRAZ AKSIYASI KEÇIRILIB

AZOH: Bu gün - 11 may, 2013-cü il tarixindəTürkiyədə yaşayan Azərbaycan türkləri İran rejimi tərəfindən güneyli milli fəallara həbs cəzasının verilməsi ilə əlaqədar olaraq Ankaradakı İran səfirliyi qarşısında etiraz aksiyası keçirmişdir. Aksiyada yüzlərlə adam iştirak etmişdir. Tədbirə GADP, GAİP GAMOH, GAMAC, Turkiyədə yaşayan Güney Azerbaycan milli ve mədəni feallari, Ankaradakı Azerbaycan Kultur Dərnəyi, Azerbaycan Kirim İnsan haqlari Dərnəyi, Göybörü Turkleri dərnəyi və b. dəstək vermişdir. Əli Muxtaroğlu tərəfindən mitinqin bəyanatı oxunmuş ve ardından GADP sozçüsü Mahmud Bilgin cıxış ederek son zamanlar Yeni GAMOH-a olan basqılar ve onun liderləri haqqında danışmışdır.

Mitinq dinc bir şəraitdə keçmiş və heç dir insident baş verməmişdir.

Xatırladaq ki, mayın 5-də Yeni GAMOH-un Mərkəzi Komitəsinin 5 üzvü - Lətif Həsənli (başqan), Yürüş Məhrəlibəyli, Mahmud Fəzli, Behbud Quluzadə və Şəhram Radmehr Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi tərəfindən hər biri üçün 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir.

BAO informasiya xidməti.

 

  

Share/Save/Bookmark