Bütöv Azərbaycan Ocaqlarının təşkilatçılığı ilə növbəti tədbir keçirildi

İyunun 6-da Beynəlxalq Mətbuat Mərkəzində “Bütöv Azərbaycan Ocaqları”nın (BAO) təşəbbüsü ilə “"Güney Azərbaycanda siyasi məhbuslar və İranda prezident seçkiləri" mövzusunda dəyirmi masa  keçirilib.Vətəndaş cəmiyyəti , siyasi partiya nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri və ABŞ-ın ölkəmizdəki səfirliyinin əməkdaşlarının qatıldığı tədbiri  BAO-nin başqanı Zahir Əlisoy giriş sözü ilə açdı.O, Güney Azərbaycandakı soydaşlarımıza Tehran rejimi tərəfindən edilən repressiv siyasət və bunun seçkilər öncəsi artması haqqında məlıumat verdi.

 Z. Əlisoy bildirib ki, son günlərdə 7 milli fəal həbs olunub və ümumilikdə həmin fəallara 61 il həbs cəzası verilib. Ümimilikdə isə hazırda 25 Güney Azərbaycanlı məhz milli haqların təmini uğrunda mücadilə etdiyinə görə həbsdədir.

Daha sonra BAO-nun təmsilçisi Hakim Sadiqli çıxış edərək, həbslər haqqında geniş məlumat verib. O ,bildirib ki, həbs olunan soydaşlarımızdan Yeni GAMOH təşkilatının sədrinin və üzvlərinin 5-nin hər birinə 9 il həbs cəzası verilib, yaxın 10 gündə onların appelyasiya şikayətinə baxılacaq: “Bu səbəbdən mən hər kəsə müraciət edirəm ki, biz Azərbaycanda və digər yerlərdə onların hüquqlarının qorunması ilə bağlı işlər görməliyik ki, appelyasiya məhkəməsi onların şikayətinə ədalətli baxsın.” 

O, hazırda həbsdə olan Səid Mətinpur,Oqtay Vəlizadə,(Abbas),Lətif Həsənli,Yürüş Mehrəlibəyli,Mahmud Fəzli,Şəhram Radmehr,Behbud Quluzadənin həbslərinin motivi barəsində ətraflı məlumat verdi.

Daha sonra çıxış edən Qüdrət İsakov bildirib ki,İranda insan haqları və Güney Azərbaycanda milli haqların müdafiəsi məsələsi qabardılmalıdır.

Orta Doğu araşdırma mərkəzinin rəhbəri Sədrəddin Soltan çıxış edərək bildirib ki, İrandakı seçkilər daha çox oyun xarakterlidir. Çünki ölkədə prezident daha çox icra aparatının rəhbəridir. Ölkəni ali rəhbər idarə edir. Ona görə də yeni seçiləcək prezidentin türk və ya fars olması böyük önəm daşımır. Ordakı məsələlər o zaman öz həllini tapar ki, ölkənun konustutsiyası dəyişdirilsin və hüquqi islahatlar aparılsın. O həmçinin beynəlxalq və Azərbaycandakı yerli insan haqqları təşkilatlarının bu Güney Azərbaycan məsələlərinə laqeyd yanaşdığını bildirib.

Tədbirdə çıxış edən professor  Almaz Əliqızı  isə bildir ki, yerli media qurumları, xüsusən TV-lər bu məsələdi lazımi səviyyədə işıqlandırmır.Bu milli məsələ olsa da, təşkilatlar vahid mövqeyə gələ bilmirlər.

Azərbaycan Avropa Hərəkatı Ramin Hacılı çıxış edərək ölkədəki siyasi partiyaların Güney Azərbaycan məsələsinə laqeyd yanaşdıqlarını bildirib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlardan böyük dəstək gözləmək indiki halda sadəlövlikdir: “biz əvvəl özümüz güclü olmalıyıq. Sovet təfəkküründən azad olmaq lazımdır, artıq kreml yoxdur və biz hansısa mərkəzdən dəstək gözləməməliyik. Gücə çevrilsək o zaman bütün qurumlar Güney Azərbaycan məsələsi ilə ciddi maraqlanmağa başlayacaqlar.”

Ramin Hacılı təklif edib ki, növbəti bir ayı Güney Azərbaycan ayı elan edək.

Milli dirçəliş partiyasının nümayəndəsi Əlirza Amanbəyli bildirdi ki insan haqqları keç bir dövlətin işi deyil. Beynəlxalq məsələdir.Güney Azərbaycandada insan haqlarının pozulmasınada bu konteksdən yanaşmaq lazımdır.

BAXCP Sədr müavini Yaşar Kələntərli siyasi təşkilatların güneylə bağlı fəaliyyətlərinin əlaqələndirilməsinin vacibliyindən danışdı. .

Hüquq müdafiəçisi Əntiqə xanım insan haqlarının tapdanması ilə bağlı fikirlərini bildirdi.

Yasəmən Qaraqoyunlu  Güney Azərbaycanda millli haqların pozulması bu yöndə fəaliyyət göstərənlərin çeşidli təzyiqlərə məruz qaldıqlarını vurğulayaraq beynəlxalq ictimaiyyətin diqqətini davamlı olaraq bu məsələyə yönəldilməsinin vacibliyindən danışdı.

Milli düşüncş mərkəzindən   BAO nın tədbirini alqışladı. Iranın qarşısına güclə çıxmaq lazımdır. Elçibəyin millətləşmə, dövlətlətləşmə prinsipini əsas tutaraq hərəkət etmək lazım olduğunu bildirdi

Yeni nəfəs Gənclər Təşkilatının rəhbəri Mehman Həsən,Natiq Ulubəy ,AXCP sədrinin müavini Asəf Quliyev,KXCP sədr müavini Aydın Mədətoğlu ,Ümüd partiyası sədrinin müavini Rüfət Muradlı,Milli Fikir Gənclər təşkilatının sədri Şəhriyar Məcidzadə və başqaları mövzu ətrafında çıxış etdilər.

Tədbir  www.yurd.web.tv (yurd internet televiziyası) sitəsindən canlı yayımlandı

Sonda BAO-nun müraciəti qəbul olundu . Müraciətdə “İran” adlanan dövlətdə hakimiyyətdə olan fars şovinistləri tərəfindən Güney Azərbaycan türklərinin milli haqlarının kobud şəkildə pozulduğu qeyd olunmaqla dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar şovinist fars diktaturasına təzyiq göstərməyə və bu dövlətdə milli haqların təmin olunmasına dəstək verməyə çağırılır.

http://www.bao.az/?mid=2090

Share/Save/Bookmark