Urmuda 9 nəfər dara çəkilib

AZOH: Fevralın 28-də Güney Azərbaycanın qərb əyalətinin mərkəzi şəhəri olan Urmunun mərkəzi zindanında narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq edama məhkum edilmiş 9 nəfər dar ağacından asılıb. Edam olunanların 2-si azərbaycanlı, 7-si kürddür. Dara çəkilənlərin 2-si qadındır. Edam olunan məhkumların adları açıqlanmır. Narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq edama məhkum edilən daha 12 nəfərin hökmün icrasını gözlədiyi vurğulanır.

Xalq cebhesi

Share/Save/Bookmark