MILLI ŞURANIN YARADILMASINDA CIDDI SIYASI SƏHVƏ YOL VERILIB

Siyasətdə güzəşt olmaz. Görünür Milli Şura yaradıcıları siyasət elmində mütləq həqiqət kimi qəbul olunan bu həgiqəti bilmir və yaxud qəbul etmir. Milli Şura elə qəbul etmədiyi bu həqiqətin qurbanı olacaq və dağılacaq. Qeyd etdiyim faktın Milli Şura tərəfindən dərk edilməməsi bu şuranın bütövlükdə, siyasi cəhətdən yoxsul olduğunu göstərir.

Milli Şura siyasətdə güzəşt olmaz faktını qəbul etsəydi, siyasi hakimiyyəti itirmiş və yenilmiş partiyaları və "siyasətçiləri" o sıradan, Azərbaycan xalq Cəbhəsini (AXC ) və Müsavat partiyasını bu şuraya buraxmazdı. Qeyd etdiyim partiyaların Milli Şurada təmsil olunması bu şuranın elə bu başdan məğlubiyyəti deməkdir.

Siyasət elmdir və elmi siyasi nəzəriyyələr vaz keçilməz prinsiplər kimi qorunmalı və tətbiq olunmalıdır. Milli Şura AXC ilə Müsavatı öz sırasına qəbul etməklə, elə bu başdan ciddi prinsip pozuntusuna yol verdi. Bu iki təşkilat ilk növbədə, onlardan ən güclüsü Milli Şuranı dağıdacaq. Bu fikri irəli sürərkən, arqumentim budur ki, Milli Şura bu cərəyanları içinə almaqla onlara bilərəkdən və yaxud bilməyərəkdən güzəştə gedib və öncə dediyim kimi siyasətdə, güzəşt olmaz prinsipini pozub.

Siyasət ardıcıl və fasilə götürməz ciddi mübarizə meydanıdır. Mübarizədə güzəşt yenilmək deməkdir.

Məsələ bundadır ki, Milli Şura dağılandan sonra, formalaşan yeni cərəyanlar qeyd etdiyim səhvlərin fərqinə varacaqlarmı?

Semed Niknam

2013.06.07                       

  

Share/Save/Bookmark