XAMNEYININ QOHUMU NAMIZƏDLIYINI GERI GÖTÜRDÜ!

AZOH: İranın dini lideri ayətullah Əli Xamneyinin qudası, “2+1” seçki koalisiyasının üzvü Qulaməli Həddad Adil iyunun 10-da bəyanat yayaraq prezidentliyə namizədliyini geri götürdüyünü bildirib.adel

“Media forum” saytının məlumatına görə, Qulaməli Həddad Adil yaydığı bəyanatda namizədliyini hər hansı digər namizədin xeyrinə geri götürdüyünə toxunmayıb: “Mən mühafizəkarların bu seçkidə qalib gəlməsinə yardım etmək məqsədilə namizədliyimi geri götürürəm. Seçicilərdən istəyirəm ki, dini liderin nəzərdə tutduğu meyarlara riayət edərək islam inqilabının ideyalarına və onun dəyərlərinə önəm verən namizədlərə səs versinlər”.

“2+1” seçki koalisiyasını altı ay əvvəl İranın dini lideri aytəullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə baş məsləhətçisi Əli Əkbər Vilayəti, Xamneyinin qudası Qulaməli Həddad Adil və Tehranın hazırkı meri Məhəmmədbağır Qalibaf yaradıblar.

AZERTIMES.COM

Share/Save/Bookmark