ABŞ: İRANDAKI SEÇKILƏR ƏDALƏTLI KEÇMƏYIB

AZOH: Həsən Ruhaninin prezident seçilməsi ilə bağlı xəbəri şərh edən ABŞ-ın Dövlət Departamentinin mətbuat katibi Cey Karni deyib ki, nüvə proqrammı ilə bağlı rəsmi Vaşinqton Tehranla birbaşa danışıqlara aparmağa hazırdır.america

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, deyib: «İranın nüvə proqrammı ilə bağlı beynəlxalq ictimaiyyətin rahatsızlığına cavab olaraq, ABŞ İran hakimiyyəti ilə birbaşa danışıqlara hazırdır».

O, bildirib ki, İran xalqının seçiminə ABŞ hörmət etsə də, seçkilər ədalətli keçməyib: «Seçkilərdə şəffaflıq təmin olunmayıb. KİV üzərində senzura qalıb. İneternet  və başqa bu kimi informasiya vasitələri üzərində təzyiqlər qalmaqdadır. Xüsusi  хidmət qurumlarının basqısı ilə ifadə və sərbəst toplaşmaq azadlığı təmin olunmayıb».

«Biz ümid edirik ki, İran hakimiyyəti xalqın iradəsinə tabe olaraq, bütün iranlılar üçün daha yaxşı gələcəyi müəyyənləşdirəcək»-deyə, o, bəyan edib.

AZERTIMES.COM

Share/Save/Bookmark