TƏBRIZ UNIVERSITETLƏRI BIRLIYI YENI PREZIDENT HƏSƏN RUHANIYƏ MƏKTUB YAZIB

AZOH: İranda yaşayan bütün millətlər, xüsusi ilə azərbaycanlılar öz hüquqlarının tələbi uğrunda fəaliyyətlərini davam etdirirlər.university-tabriz

Təbriz Universiteti və Təbriz Tibb Universitetinin Birliyi (İslami Əncümən) Azərbaycan türklərinə qarşı tətbiq edilən təzyiqlər, azərbaycanlı siyasi məhbuslar, habelə yeni prezidentin seçki kampaniyaları zamanı verdiyi vədlərlə bağlı İrana yeni prezident seçilmiş Həsən Ruhaniyə açıq məktub unvanlayıb.

Universitetlər birliyi Həsən Ruhaniyə bu sualları ünvanlayıb: “Cənab prezident, məsuliyyətləriniz çərçivəsində hazırda ağır durumun yüngülləşdirilməsi üçün  addımlar atacaqsınızmı? Sizin müsbət fəaliyyətlərinizin azərbaycanlı siyasi məhbuslara da yararı olacaqmı? … Urmiyə gölünə özəl diqqət göstərəcəyiniz, eləcə də Türk Dili Qurumunun təsisi ilə bağlı verdiyiniz sözlərinizə əməl edəcəksinizmi? Dörd ildən artıqdır Tehranın Evin zindanında həbsdə saxlanılan və bir gün belə məzuniyyətə getməsinə icazə verilməyən Səid Mətinpur kimi həbsdəki milli fəalların hüquqlarının pozulmasına etiraz edəcəksinizmi?”

Məktubda həmçinin daha əvvəl məhkum olunmuş və doqquz illik həbs hökmü Təbriz Apellyasiya Məhkəməsi (dadqahe təcdide nəzər) tərəfindən təsdiq edilən 5 azərbaycanlı fəala (Mahmud Fəzli, Şəhram Radmehr, Ayət Mehrəlibəyli, Lətif Həsəni və Behbud Qulizadə) da toxunulub.

AZERTIMES.COM

Share/Save/Bookmark