İranda inflyasiyanın səviyyəsi 34%-ə çatıb

AZOH: “Radio fərda”nın verdiyi məlumata görə, bu barədə İran Mərkəzi Bankından bildirilib.iran_rial

Bankın hesablamalarına əsasən, təkcə bir ay ərzində ölkədə inflyasiyanın səviyyəsində 3.5%-lik artım müşahidə edilib. İran Statistika İdarəsi isə ölkədə qida məhsullarının qiymətinin 3.5% artdığını açıqlayıb.

Qeyd edək ki, İran parlamentinin Araşdırma Mərkəzi son 17 ildə İranda inflyasiya səviyyəsinin ən yüksək həddə çatdığını və bu göstəricilərə görə ölkənin Orta Şərqdə birinci, dünyada altıncı yerdə qərarlaşdığını bəyan edib.

AZERTIMES.COM

Share/Save/Bookmark