İran BMT-nin insan haqları üzrə xüsusi məruzəçisinə viza verməyəcək

AZOH: İRİB-in məlumatına görə, bunu İran Məhkəmə Hakimiyyətinin İnsan Haqları Mərkəzinin rəhbəri Məhəmməd Cavad Laricani bildirib.visa

Onun sözlərinə görə, buna səbəb Ə.Şəhidin indiyədək hazırladığı bütün hesabatlarda əsl mənbə kimi İran hakimiyyətinə müxalif qurum və şəxslərə bağlı olan internet saytlarından istifadə edilməsidir: “BMT məruzəçisinin iş metodunda xeyli çatışmaz cəhətlər var. Ə.Şəhidin istifadə etdiyi mənbələr də bu cür səhvlərin ən böyüyüdür. Onun hesabatında adı çəkilən şəxslərin İran həbsxanalarında olduqlarına dair heç bir fakt yoxdur və yalnız iddiadan ibarətdir. Hər bir şəxs sadəcə İran hakimiyyətinə müxalif internet saytlarına daxil olmaqla bu cür hesabatlar hazırlaya bilər. Bu baxımdan BMT məruzəçisinin İrana səfər etməsinə qarşıyam”.

AZERTIMES.COM

Share/Save/Bookmark