Azərbaycanlı mübariz ruhani Əbdüləziz Əzimi məhkəməyə çağırılıb

AZOH: Tanınmış azərbaycanlı mübariz ruhani höccətulislam Əbdüləziz Əzimi Qədim məhkəməsi başlayır. Çağırışa əsasən qedimhöccətulislam iyulun 1-də Təbrizin Ruhaniyyətə məxsus məhkəməsində olmalıdır.

Ruhani İranla işğalçı Ermənistanın əlaqələrinin genişlənməsinə etiraz etdiyi üçün mühakimə edilməkdədir. Azərbaycanlı fəal qanunsuz toplantı təşkil etməkdə günahlandırılır.

Qeyd edək ki, Əzimi Qədim 2012-ci il dekabrın 27-də Marağa şəhərində Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələrinə etiraz olaraq keçirilmiş aksiyada həbs edilib. Azərbaycanlı fəal bir müddət ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin Təbriz şöbəsində saxlanılıb. O bu il fevralın 10-da Təbriz həbsxanasına köçürülüb, martın 24-də isə zəmanətlə sərbəst buraxılıb. Əzimi Qədim əvvəllər də həbs edilib, hətta “Amnesty İnternational” onunla bağlı 2005-2006-cı illərdə üç dəfə ayrıca bəyanat verib.

AZERTIMES.COM

Share/Save/Bookmark