Arəş Məhəmmədiyə müdafiə üçün son söz verildi

AZOH: Azərbaycanlı öyrənci fəal, sol təmayüllü Arəş Məhəmmədi 2013-cü il iyunun 15-də İslam İnqilabı arashKeşikçiləri Korpusu (SEPAH) məmurları tərəfindən tutuqlanıb və hazırda Təbrizin mərkəzi zindanının mali bölümündə saxlanılır.

Məhəmmədi iyunun 29-da son müdafiə üçün Təbrizin inqilab və ümumi istintaq idarəsinin 4-cü şöbəsinə göndərilib. Müstəntiq Haşimzadə sistemin əleyhinə təbliğdə ittiham olunduğunu öyrənci fəala elan edib və onun son müdafiəsini qəbul edib.

Arəş Məhəmmədi isə tutuqlandığını qanunsuz sayıb və ona qarşı irəli sürülən ittihamları rədd edib.

Qeyd edək ki, bundan öncədə azərbaycanlı fəal tutuqlanıb və rejimin müxtəlif təzyiqlərinə məruz qalıbdır.

AZERTIMES.COM

Share/Save/Bookmark