Bir qurub Güney Azərbaycanlı milli fəal Avrupa birliyi parlementosunda bir neçə üzvü və nümayəndələri ilə görüş geçirmiş

AZOH’un verdiyi bilgilərə görə bir qurub Güney Azərbaycanlı fəal İyulun 9 və 10’da avrupada Brüksel şəhərində və Avrupa parlementosu binasında Avrupa birliyi üzvləri və eləcədə onların siyasi məsləhətçilər ilə görüş geçirərək onalara Güney Azərbaycanında türk millətinin milli sorunlarına deyinərək Avrupa ölkələrinin bu sorunların çözülməsi istiqamətində öncədən olduğundan daha çox yardımcı olmaları istənilmişdir.

Güney Azərbaycanlı heyətin görüşdükləri Avrupa birliyinin parlemento üzvlərinin adları bunlardı:

_Göran Farm(Avrupa parlementusunda Sosyal Demokrat partiyasının qurub başqan vəkili)

_Josef Weidenholzer(Avrupa parlementosunda İran üzərə komisyon üzvü)

_Christofer Fjellner(Avrupa parlementosunda İran üzərə komisyon üzvü və Ekoloji komitəsi üzvü)

_Anna Maria crozza Bildt(Mədəni azadlıqları komitəsi üzvü- İsveç xarici işləri nazirinin həyat yoldaşı)

_Gunnar Hökmark(Avrupa xalqı partiyası gurub başqan vəkili)

_Anna Ibrisagic(Xarici işlər komitəsi üzvü)

Bu neçə saatlıq görüşlərdə müzakirə edilən  önəmli məsələrdən bir neçəsi Urmu gölünün ağır durumu, G.Azərbaycanlı siyasi dustaqların hazırlanmış listələri,Yeni GAMOH'un liderlerine 45 illik heps cezaları və Güney Azərbaycandaki insan haqları pozulması  mevsuzları olmuşdur. Heyət bu məslərə haqda sənədlər təqdim etmişlər və eləcədə Güney Azərbaycanda son 4 ildə insan haqlarının pozulması barəsində hazırladıqları 130 səyfəlik rapor araşdırlması üçün bu üzvlərə tək tək sunulmuşdur.

Avrupa parlementosu üzləri bildirmişlərki buna bənzər görüşlər bu günə qədər geçirliməmişdir və  ona görədə danışılan bu məslər haqda bilgisizlər və bu görüşmələrin davamından yana olduqlarınıda bəyan etmişlər.

Bu görüşlər və fəaliyətlər çərçəvəsində baş verən maraqlı olaylardan biridə iran üzrə komisyonun toplantısının iptal edilməsi olmuşdur.

Bu toplantı komisyon tərəfindən 2 ay öncədən pılanlanmışdı və G.Azerbaycanlı heyətidə bu toplantıya dəvət etmişlərdi,ama  toplantıya 2 saat qalmış bəlirsiz səbəblərdən dolayı iptal edildiyi bildirlmişdir.

Qeyd edək ki bu görüşmədə Mahmud bəy Bilgin(Güney Azərbaycan Demokrat partiyası sözçüsü), Əmir bəy Mərdani(Azərbaycan Öyrənci Hərəkatı-AZOH sözçüsü) və Ayda xanım Kərimli (Güney Azərbaycan qadın haqları fəalları) iştirak etmişlər.

Bu heyət Iyulun 8- də SOROS’un Brükseldəki binasında qurumun təmsilçisi olan  xanım “Jacqueline Hale“ ilə də bu mevzular haqda önəmli görüşlər geçirmişlər.

AZOH

http://www.bao.az/index.php?mid=2325

Share/Save/Bookmark