Güney Azərbaycan Diasporasına müraciət

Dəyərli soydaşlar, Güney Azərbaycan Milli Hərəkatı (GAMH) keçən 30 il qurtuluş savaşın sonucudur. Sevindirici hal budur ki bu hərakat günbəgün güclənərkən ümum xalqımızın mübarizə yolunu düzgün istiqamətə yönətir. Amma bildiyiniz kimi belə bir proses və ona bənzər digər toplumsal hərəkatlar özünə ayıd xüsusiyyət və çətinlikləri var. Məsəl olaraq bu yolda milli fəallarimiz həbs olunur vəya ölkəni tərk etməye məcbur qalırlar, hər iki halda o milli fəallarimiz həm özləri və həm ailə üzvləri məlum səbəblərə görə ağir mali durumda yaşamağa məcbur qalırlar.

Üzün zamandır ki həqiqi mənada bir “Milli Fond”un yaranması diaspora fəalların arasında his olunur və habelə hətta dəfələrcədə müzakirə olunub, amma hardasa bəzi səbəblərə görə bu iş təəssüflə ba tutmayıb. Ona baxmayaraq fond isə müxtəlif ölkə və şəkildə və məhdüd çərçüvədə yaranıb və az çox fəalliyyət göstərib. Onlardan birisi isə “Malmo Fondu” olub və 2006 ildən yaranarkən hələdə davam edir və imkan dayrəsində bəzi nailiyyətlər qazana bilib o cümlədən:

1- Həbsdə olan milli fəalların ailə üzvlərinə  mali yardım edib.....və sayir

2- GAMH.da müyyən fəaliyyətlərə sponsorluq edib

3- Təbii hadisələr (sel, deprem, və ….) baş verən zamanı yardım edib, örnək Qaradağ depremi

4- Kurəsəl migyasinda Güney məsələsini ortaya qoyan şəxslərdən və təşikatlardan qədrdanliq etmək

Görduyunuz kimi bu ornəklər hamisi GAMHnin çeşitli hissələrini numayişə çəkir və göstərir ki hər bir təsir alan və çətinlikə duşən bir fəaal bu imkandan istisnasiz bəhrələnə biəlr.

Bizim inancimiza görə GAMH “idieolojik hərəkət” deyil bəblkə “Azadliq və qurtuluş  hərəkətidir” ona görədə GAMH-inda fərqli fikirlərə baxmiyaraq GAMH dəstəkləmək uçun Milli fondun yaranmasi ilə GAMH kurəsəl təşkilata donub və Güneyin yukunu çəmək qabiliyətinə gəlmək uçun genişlənib və himayə olmalidir, biz tarixə baxib və azad olunmuş  xalqlardan oyrənməliyik ki “HəR AZADLIQ ISTYEYEN MILLəT ÖZ CANINDAN Və MALINDAN KEÇMəLIDIR”və o inancin əsasinda MILLI FONDUN yaranmasina təşəbuskar olmaliyik.

Milli Fondun Yaranmaq Istəkilə

Malmö fond

23-07-2013

Share/Save/Bookmark