İranda azərbaycanlı məhbuslar “aclıq aksiyası keçirir”

AZOH: İranda aclıq elan edən azərbaycanlılar tələblərini dünya ictimaiyyətinə çatdırmaq cəhdlərini davam etdirirlər.zindan

Türkiyənin “Today’s Zaman” nəşrinin yazdığına görə, etnik mənsubiyyət hüquqlarını qorumaq niyyətilə siyasi partiya təsis etdiklərinə görə İranın şimal-qərbindən olan 5 nəfər Cənubi azərbaycanlı siyasətçisinin həbsdə başladıqları aclıq aksiyası davam edir.

Aclıq aksiyası artıq aclıq edənlərin səhhəti üçün təhlükəyə çevrilib.

İranda dövlətin nəzarət etdiyi media onların vəziyyətini işıqlandırmadığından, həbs edilənlər səslərinin beynəlxalq səviyyədə eşidilməsi üçün aclığa başlayıblar.

Milliyyətcə azərbaycanlı olan 5 nəfər fəal – Lətif Həssəni (43 yaş), Mahmud Fəzli (45 yaş), Şahram Radmehr (38 yaş), Ayat Mehr Əli Bəyqlu (35 yaş) və Behbud Ğoli Zadə (48 yaş) – yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı Partiyası (yeni GAMOH) adlı qeyri-qanuni qrup yaratmaq və hökümət əleyhinə təbliğat aparmaqda ittiham olunaraq Təbriz İslam İnqilabı Məhkəməsi tərəfindən 9 il həbs cəzasına məhkum olunublar.

Siyasi fəallar onlara kəsilmiş məhkəmə hökmünə etiraz edərək aclıq aksiyasına Təbriz mərkəzi məhbəsində iyulun 13-dən başlayıblar.

Onların yaxınları fəallardan bəzilərinin aclığa görə artıq xəstəxanaya yerləşdirilməsi xəbərini təsdiqləyiblər, Today's Zaman yazır.

Məhbusların ailələrindən bazar günü alınan son məlumatlara əsasən, aclıq edənlərlə görüşlərə qadağa qoyulub, aclıq aksiyalarının 8-ci günü isə ailələrinə xəbər verilmədən aclıq edənlər Tehrandakı məhbəsdə aparılıb.

Həbsdə saxlanılan fəallar aksiyanı onlara kəsilmiş cəza ləğv edilməyənədək davam etdirəcəklərini təsdiqləyiblər.

Yeni GAMOH əvvəlki köhnə GAMOH partiyasının bir qoludur. GAMOH partiyasının üzvləri hazırda ölkədən kənardadırlar. Çünki bu partiya İranda qeyri-qanuni bir təşkilat sayılır.

İyunun 12-də Amnesty International təşkilatı Yeni GAMOH təşkilatının da 5 üzvü daxil olmaqla İranda həbsdə saxlanılan fəalların vəziyyətindən narahatlıq keçirdiyini bildirirb.

Məhbusların ailə üzvləri 5 nəfər fəalın təkadamlıq kameralarda saxlandıqlarını və İran kəşfiyyatı zabitləri tərəfindən fiziki və mənəvi işgəncələrə məruz qaldıqlarını təsdiq ediblər.

İstintaq zamanı məhbusların qəddarcasına döyüldükləri iddia olunur.

Onlara yalnız 5 ay ərzində həbsdə saxlandıqlarından sonra, məhkəməyə 1 ay qalmış vəkilə müraciət etmək icazəsi verilib, qohumları bildirib.

“Today’s Zaman” qeyd edir ki, İrandakı azərbaycanlı siyasi qrupları ölkə xaricində fəaliyyətlərini təşkil etmək məcburiyyətindədirlər, çünki azərbaycanlı əhali ölkədə “azlıq” kimi tanınmayıb.

İran Konstitusiyasının 26-cı maddəsinə görə, ölkədə yalnız “islami yaxud tanınmış dini azlıqlara aid olan partiya, cəmiyyət, birlik, qrup və dərnəklər yaradıla bilər”

“Cənubi azərbaycanlı” fəalı Kərim Əsğəri, Today's Zaman bildirib ki, “İran xaricdə yaradıldığını iddia etdiyi GAMOH təşkilatının ölkənin daxilində fəaliyyət göstəməsini heç cür qəbul etməz”.

İyun ayında seçilmiş yeni prezident Həsən Rohaninin demokratlar tərəfindən dəstəklənən mötədil mühafizəkar olması ölkədə yaşayan azərbaycanlıların təhsil haqlarının təmin olunacağına ümidlər yaradıb.

Ancaq Today's Zaman yazır ki, “cənubi azərbaycanlılar” seçkilərdən əvvəl onlara ana dilində təhsilin olacağını vəd edən Rohani barədə heç də nikbin deyillər.

“Seçkilərdən sonra, o [Rohani], əvvəlki dövlət xəttinə qayıdaraq, bildirməyə başladı kı, “biz hamımız farsıq, ayrı dilə ehtiyac yoxdur”, yazıda qeyd olunur.

AZERTIMES.COM

Share/Save/Bookmark