İranda tanınmış azərbaycanlı fəal müəmmalı şəkildə ölüb

AZOH: Xoy şəhərinin sakini olan Səccad Səfərzadın iyulun 29-da axşam saatlarında müəmmalı şəkildə öldüyü məlum olub. Ancaq seccadazərbaycanlı fəalın ölümünün səbəbləri məlum olmadığından onun cəsədi ekspertiza üçün Urmiya şəhərinin Tibbi Ekspertiza Şöbəsinə göndərilib.

Qeyd edək ki, S. Səfərzad 1982-ci ildə anadan olub, Urmiya Dövlət Universitetinin kənd təsərrüfatı mühəndisliyi fakültəsini bitirib. Azərbaycanlı fəal “Evrin-e Xoy” və “Aydın Səhər” qeyri-hökumət təşkilatlarının üzvü olub. S. Səfərzad Qaradağ zəlzələ bölgəsinə yardım toplamaq kampaniyasında da xüsusi rol oynayıb.

AZERTIMES.COM

Share/Save/Bookmark