Həsən Ruhani İran prezidenti vəzifəsində rəsmən təsdiqləndi
AZOH: Tehranda hakimiyyətin eks-prezident Mahmud Əhmədinejatdan bu ilin iyununda seçilmiş prezident Həsən Ruhaniyə ötürülməsi ruhanimərasimi keçirilib. Musavat.com-un BBC-yə istinadən verdiyi məlumata görə, İranın ali dini lideri ayətullah Əli Xameneyi prezident seçkilərinin nəticələrini təsdiqləyib.
Sabah yeni İran prezidentinin inauqurasiya mərasimi keçiriləcək.