Həsən Ruhanidən yeni təyinat, Əhmədinejadın yeni vəzifəsi

İran prezidenti Həsən Ruhani avqustun 5-də sərəncam imzalayaraq keçmiş prezident Məhəmməd Xatəminin hökumətində sənaye naziri olmuş İshaq Cahangirini vitse-prezident vəzifəsinə təyin edib.ruhani-ehmedinejad

“Media forum” saytının məlumatına görə, İshaq Cahangiri Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncani və keçmiş prezident Məhəmməd Xatəmiyə yaxın adamlardandır. Bundan əvvəl bir müddət İsfahan ostandarı (qubernatoru) vəzifəsində çalışmış İshaq Cahangiri həm də iki dəfə İran parlamentinin deputatı olub.

İranın dini lideri ayətullah Əli Xamneyi isə avqustun 4-də sərəncam imzalayaraq keçmiş prezident Mahmud Əhmədinejadı Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü təyin edib. Xamneyinin sərəncamında deyilir: “8 illik prezidentliyiniz dövründə göstərdiyiniz dəyərli fəaliyyət və səylərinizi, bu yolda çox təcrübə qazandığınızı nəzərə alaraq sizi Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü təyin edirəm”.

Share/Save/Bookmark