İran uranın zənginləşdirilməsi üçün 18 min sentrifuqaya malik olduğunu bəyan edib

AZOH: “Frans Press”in verdiyi xəbərə görə, bu bəyanatla İranın atom enerjisi təşkilatının rəhbəri Fereydun Abbasi çıxış edib.iran_nuklear

“10 min sentrifuqa artıq fəaliyyət göstərir, daha 7 minin istismara verilməsi planlaşdırılır. Bundan başqa, əlavə 1000 sentrifuqa artıq quraşdırılıb və işə tam hazırdır”, deyə Fereydun Abbasi qeyd edib. .

    

Xatırladaq ki, İranın yeni prezidenti Həsən Ruhani XİN rəhbəri Əli Əkbər Salehini tutduğu vəzifədən azad edərək  İranın atom enerjisi təşkilatının rəhbəri təyin edib.

Qeyd edək ki, ABŞ, bir sıra Qərb dövlətləri və İsrail İrandan dinc atom proqramı adı altında nüvə silahı hazırlamaqda şübhələnirlər. Rəsmi Tehran bəyan edir ki, onun nüvə proqramı yalnız ölkənin elektrik enerjisinə olan tələbatını ödəməyə yönəlib.

AZERTIMES.COM

Share/Save/Bookmark