Cənubi Azərbaycanda yeni həbs dalğası

AZOH: Ötən günlərdə Ərdəbil vilayətinin Xiyav (Meşginşəhr) və Muğan bölgələri, habelə Təbriz və Əhər şəhərlərində 20-yə yaxın cenubgüneyli fəalın İranın təhlükəsizlik qurumları tərəfindən tutulduğu bildirilir. Həbs edilən fəalların çoxu tədbirə qatılmaq üçün Savalan dağına doğru yürüş zamanı saxlanılıb.

Azərbaycan veb səhifələri ötən neçə gün ərzində nəzarət altına alınan fəalların adlarını açıqlayıb. Onlar Mənsur Seyfi, Milad Qadiri, Əkbər Əbulzadə, Məhəmməd Xakpur, Səccad Covlani, Meysəm Covlani, Əhməd Məhəmmədpur, Murtəza Qudrəti, Kiyumərs İslami, Fəyyaz Kərimi, Bəhram Bəradəran, Beytüllah Bərzgər, Əziz Sadıqzadə, Cəfər Ağa Məhəmmədi, Əli Feyzi və Əli Əhmədi Xəbəridir.

Yayılan məlumata istinadən tutulanların bir çoxu sorğu-suala çəkildikdən sonra buraxılsalar da, bəzi fəallar hələ də təhlükəsizlik qurumlarında saxlanılır. Həbs zamanı fəalların bir neçəsinin məmurlar tərəfindən şiddətlə döyüldüyü bildirilib.

“Təhlükəsizlik məmurları fəalların hər il Savalan dağında keçirdiyi mədəni toplantının qarşısını almaq üçün onları nəzarət altına alıblar,”-deyə Oyan News və Günaz TV öz veb səhifələrində qeyd edib.

Oyan News saytı həmçinin bildirib ki, Ettelaat məmurları tanınmış yazar, şair və milli fəal İbrahim Savalan, habelə milli fəal Aydın Zakirini həbs etmək üçün onların Xiyav şəhərindəki evlərində axtarış keçirib. Məlumata görə, məmurlar fəalları evlərində tapa bilməyib.

“Avqustun 24-də Ettelaat məmurları təbrizli fəal Babək Əziminin evinə hücum edərək, onu nəzarət altına alıb, kompüter, türkcə kitablar və digər özəl əşyasını müsadirə ediblər,”-deyə AZOH saytı bildirib.

AZERTIMES.COM

Share/Save/Bookmark