İran Azərbaycanı hədələdi

Iran Hərbi Dəniz Qüvvələrinin Komandanı Israildən raketlər alınmasıyla bağlı Azərbaycana xəbərdarlıq etdi. “Fars” iran-Azerbaijanagentliyinin verdiyi məlumata görə, Iran Hərbi Dəniz Qüvvələrinin Komandanı kontr-admiral Həyibullah Səyyari Xəzər dənizini “Sülh və Dostluq” dənizi adlandırıb.

O bildirib ki, Azərbaycandan Israildən Hərbi Dəniz Qüvvələrinin istifadəsi üçün nəzərdə tutulmuş raketlər alması regionda sülhə və sabitliyə ziyan vuran hərəkət kimi qiymətləndirilməlidir. “Biz dəfələrlə bildirmişik ki, Xəzərin Sülh və Dostluq dənizinə çevrilməsi, bu dənizin sahillərində yerləşən dövlətlər üçün prioritet olmalıdır. Xəzəryanı dövlətlər Xəzərdə təhlükəsizlik problemlərinin həlli işində, digər dövlətlərlə bu fəaliyyəti koordinasiya etməlidir”. Bu barədə Iran Hərbi Dəniz Qüvvələrinin Komandanı Azərbayacanın Israildən aldığı “Qabriel-5" raketləriylə bağlı danışarkən bildirib.

Yaranmış vəziyyətdən sonra Iran bu sahədə monitorinqi davam etdirir, yaranacaq problemlərə biganə qalmayacaq.

Bu arada belə bir məlumat yayılıb ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı yaxınlarda Irana dəvət olunub, ancaq sonra hansısa səbəblərdən səfər təxirə salınıb.

Share/Save/Bookmark