Təbrizdə üç azərbaycanlı fəal həbs edilib

APA agentliyinin məlumatına görə, Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi Bəhram Axuni və Nasir Kazımpuru 91 gün, Məcid Səfidanini isə 6 ay azadlıqdan məhrum edib. Azərbaycanlı fəallar hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandırılıblar, İranın ali dini liderini təhqir etmək və qanunsuz qruplar yaratmaq ittihamlarından isə bəraət alıblar.

Qeyd edək ki, hər üç azərbaycanlı fəal İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) tərəfindən bu il iyunun 12-də həbs edilib. Onlar uzun müddət ETTELAAT-ın Təbriz şəhərindəki təcridxanasında təkadamlıq kamerada saxlanıldıqdan sonra Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülüblər.  B. Axuni sentyabrın 12-də zəmanətlə Təbriz şəhərinin mərkəzi həbsxanasından azadlığa buraxılıb.

Share/Save/Bookmark