“Ruhani Obama ilə danışmaqdan imtina etməli idi”

İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) baş komandanı Məhəmmədəli Cəfəri sentyabrın 30-da jurnalistlərə ölkə prezidenti ceferiHəsən Ruhaninin Nyu-York səfəri zamanı ABŞ prezidenti Barak Obama ilə zəngləşməsindən danışıb.

“Media forum” saytının məlumatına görə, Ruhaninin BMT Baş Məclisinin sessiyası çərçivəsində fəaliyyətini müsbət qiymətləndirdiyini bildirən Cəfəri onun Obama ilə telefon danışığından gileylənib: “Ruhaninin ABŞ prezidenti ilə telefonla danışması taktiki səhv idi. Bu telefon danışığı Amerikanın İran qarşısında əməli addımlar atmasından sonraya saxlansaydı, daha məqsədəuyğun olardı. Amerikanın rəftarına nikbin təsəvvürlə yanaşmağın özü bir növ sadəlövhlükdür. Çünki düşmənin dəyişməsinə hələ çox var.

Bu gün amerikalıların mövqeyi zəif olduğu üçün İran prezidenti ilə görüşməyə və ya onunla telefonla danışmağa ehtiyacları vardı. Ruhani Obama ilə görüşmədiyi kimi onunla telefonla danışmaqdan da imtina etməli idi”.

Share/Save/Bookmark