İrana məxsus 500 milyon Bakıda necə itib

Ekspertlər hesab edir ki, oğurluğun baş verdiyi ölkədəki xüsusi xidmət orqanlarının köməyi olmadan bunu reallaşdırmaq dollarolmaz

Qəzetimizin dünənki sayında Irana məxsus 3 trilyon avroluq vəsaitin dünyanın 27 ölkəsində saxlanıldığı və həmin ölkələr sırasından yalnız Azərbaycandan bu pul vəsaitinin 500 milyon avrosunun oğurlandığı barədə məlumat vermişdik. Belə məlumatı mətbuata Rusiyada bu vəsaitlərin qorunmasına məsul olan şəxs yayıb. Ciddi şəëkildə qorunan pul vəsaitinin necə yoxa çıxdığı məlum deyil.

Belə ki, xüsusi bağlamalarda saxlanılan bu pul vəsaitini kənar şəxslərdən qorumaq üçün bir neçə mərhələli təhlükəsizlik baryerləri qurulub. Pul vəsaitlərinin saxlandığı bağlamaların bir neçə santimetr kənara çəkilməsi belə bu təhlükəsizlik sisteminin nəzərindən qaçmır. Hətta bu sədd keçilərək bağlamalar açılarsa, həmin bağlamalardakı xüsusi qaz hava ilə təmasa girərək pulların rənginin dəyişməsinə səbəb olacaq.

Onu da qeyd edək ki, Iranın ABŞ-a neft satışı nəticəsində yığılan 3 trilyon avroluq pul vəsaiti Almaniya hökumətinin qadağası ilə hələ dövriyyəyə buraxılmayıb. Ona görə hələlik bu pul kütləsi müxtəlif ölkələrdə saxlanılır.

Bəs Azərbaycanda bu pul vəsaitinin 500 milyonunun yoxa çıxması necə baş verə bilər?

Mövzu ilə bağlı suallarımızı cavab almaq üçün təhlükəsizlik ekspertləri ilə danışdıq. Belə bir oğurluğu reallaşdırmaq üçün pul vəsaitinin qorunma mexanizmini dərindən bilən şəxs və ya şəxslərlə əlaqə yaradılmasını zəruri sayan ekspertlər hesab edir ki, təhlükəsizlik sisteminin yaradan şəxsin yardımı olmadan belə bir oğurluğu reallaşdırmaq çətindir. Digər tərəfdən əlbətdə, oğurluğun baş verdiyi ölkədəki xüsusi xidmət orqanlarının da köməyi bu işdə zəruri faktorlardan biridir.

Share/Save/Bookmark