Beynəlxalq Əfv Təşkilatı: İranda azərbaycanlıların tutuqlanması halları artıb

Beynəlxalq Əfv Təşkilatının ortadoğu (xavərmiyanə) üzrə məsulu Drewery Dyke, Deutsche Welle saytı ilə müsahibədə İranda amnestyazərbaycanlı, kürd və ərəb fəallarının tutuqlanması hallarının artdığını bildirib.

Dyke deyib:

“İran rejimi milli və məzhəbi fəalların tutulmasını Ruhani dövründə daha da artırıb. Əhmədinejadın prezidentlik dövrünün son 2 ilində isə edam hökmlərinin icrası 4 dəfə artıb”.

Dyke Həmçinin Ruhaninin verdiyi vədlərə də toxunub. O, bəyan edib ki, “Ruhaninin iranlıların vətəndaş haqları barəsində verdiyi vədlər, söz həddində qalıb və insan haqları ilə bağlı heç bir dəyişiklik müşahidə olunmçayıb”.

Beynəlxalq Əfv Təşkilatının rəsmisi inanır ki, İranda insan haqlarının vəziyyəti – İşgəncə halları, ədalətsiz məhkəmələr və məhkumların televiziyadakı etirafları- getdikcə ağırlaşır.

Share/Save/Bookmark