İranda 2 azərbaycanlı fəal azadlığa buraxılıb

AZOH: İranda 2 azərbaycanlı fəal azadlığa buraxılıb. APA-nın AZOH-a istinadən məlumatına görə, Mehdi Həmidi Şəfiq və Vəhid Şeyxbəglu oktyabrın 10-da 306 və 190 günlük məhbəs həyatından sonra Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıblar. Azərbaycanlı fəalların azadlığa buraxılması kassasiya şikayətlərinin İran Ali Məhkəməsi tərəfindən təmin edilməsi nəticəsində mümkün olub.

Qeyd edək ki, M.Şəfiq 2012-ci il dekabrın 8-də, V. Şeyxbəglu isə 2013-cü il aprelin 24-də İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən barələrində çıxarılmış həbs cəzalarının icrası üçün tutulublar. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları ictimai asayişi və milli təhlükəsizliyi pozmaqda günahlandıraraq  2 il 3 ay və 2 il (1 ili şərtidir) azadlıqdan məhrum edib. Qərar İranın Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Ancaq bir neçə gün əvvəl İran Ali Məhkəməsi qərarı ləğv edib. M.Şəfiq və V.Şeyxbəglu 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində keçirilmiş iftar mərasimində Urmiya gölündəki ekoloji fəlakəti müzakirə edərkən 28 azərbaycanlı fəalla birlikdə həbsə alınıb. Bundan iki il əvvəl Təbriz Universitetinin Sosiologiya fakültəsinin tələbəsi olan M.Şəfiq ali təhsil müəssisəsindən də xaric edilib.

http://musavat.com/news/son-x%C9%99b%C9%99r/%C4%B0randa-2-az%C9%99rbaycanl%C4%B1-f%C9%99al-azadl%C4%B1%C4%9Fa-burax%C4%B1l%C4%B1b_167560.html

http://m.apa.az/?c=show&id=317114&l=az

http://www.reportyor.com/?cat=guney&id=15491

Share/Save/Bookmark