İranda azərbaycanlı fəallara işgəncə verilib

İranda Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə iki həftə əvvəl tutulan Hüseyn Əliməhəmmədi və Taha Kirmani (Yekanlı) ağır işgəncəyə məruz qalıblar.

“Media forum” saytı güneyli fəalların, eləcə də digər müstəqil hüquq müdafiəçilərinin yaydığı məlumatlara istinadla bildirir ki, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsində saxlanan fəallar dindirilərkən fiziki və psixi işgəncələrə məruz qoyulublar.

Məlumatlara görə, ETTELAAT əməkdaşları azərbaycanlı fəallara işgəncə verməklə onlardan saxta etiraflar almağa çalışıblar. Hər iki azərbaycanlı fəalın səhhətinin ağır olduğu, onların həyatının ciddi təhlükə ilə üz-üzə qaldığı bildirilir.

ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları Hüseyn Əliməhəmmədi və Taha Kirmanini (Yekanlı) noyabrın 4-də tutub. Hər iki fəalın evində yoxlama aparılıb, onlara məxsus əşyalar götürülüb. Azərbqaycanlı fəalların konkret nədə günahlandırıldığı bilinmir.

Share/Save/Bookmark