Vali: Şərqi Azərbaycanda işsizlik səviyyəsi təhlükəli bir həddə çatıb

Şərqi Azərbaycan vilayətinin yeni valisi Ismayıl Cabbarzadə vilayətdə işsizliyə dair hesabatın əsas hissəsində rəqəmlərin ismayilnarahatlıq doğurduğunu deyib. O, vilayətdə işsizlik səviyyəsilə  bağlı gerçək statistikanın yayılmalı olduğunu vurğulayıb. Bu barədə Azərbaycan veb səhifələri və IRNA xəbər agentliyi məlumat yayıb.

“Gerçəklərin açıqlanmasını qaralamaq kimi görməməliyik, sadəcə müsbət məqamlardan danışmaq doğru deyil. Gerçək statistikanı gizlətsək, inkişaf edə bilmərik,”-deyə IRNA xəbər agentliyi valinin sözlərinə istinadən məlumat verib.

İranın Azərbaycan vilayətlərində işsizlik səviyyəsinin yüksək həddə çatması Azərbaycan türklərini iş tapmaq üçün Tehran və ölkənin başqa bölgələrinə mühacirət etmək məcburiyyəti qarşısında qoyub.

Birləşmiş Millətlər Təşkilatının İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsi (CERD) İranla bağlı bəyanatlarında islam respublikasında ərəb, türk, bəluç, kürd və bahai icmalarının mənzil, təhsil, sağlıq və işlə təmin olma sahələrində imkanlardan məhrum olması ilə əlaqədar narahatlığını bildirib.

Share/Save/Bookmark