Təbriz universitetində Azərbaycanın siyasi tarixi ilə bağlı şəkil sərgisi keçirilib

Təbrizin tibb universitetində “Azərbaycan və Məşrutə” adlı şəkil sərgisi keçirilib. Sərgi uğurla öz fəaliyyətini davam etdirib və artıq başa çatıb.

Sərgi noyabrın 25-dən 27-nə (azərin 4-dən 6-na) qədər davam edib və müxtəlif şəkillər sərginərək Azərbaycanın siyasi tarixinə işıq tutulub.

GünAz TV mətbuat mərkəzinin “Azoh”a istinadən yaydığı məlumata görə, sərginin əsas hədəfi Məsrutə dövrü olsa da, Azərbaycanın Milli Hökuməti və Urmu gölü də diqqətdən kənarda qalmayıb.

Öyrəncilərin rəğbətini cəlb edən sərgi Təbriz tibb universitetinin islamı əncüməni tərəfindən keçirilib

Share/Save/Bookmark