Urmiyada 4 nəfər edam edilib

Dekabrın 25-də 6 məhbus edam hökmünün icrası üçün təkadamlıq kameralara köçürülüb. Qərar İran Ali Məhkəməsi tərəfindənurmu-edam təsdiqləndikdən sonra dekabrın 26-da səhər saatlarında Cənubi Azərbaycanın Urmiya şəhərinin mərkəzi həbsxanasında asılıblar.

Məhbusların ad və soyadlarını da müəyyənləşdirmək mümkün olub. Bunlar Məhəmməd Qızılbaş, Hiva Müjdei, Mehdi Ağacani və Həsən Xəbbazidir. Digər iki məhbus – Əsəd Mərufi və Seyid Məhəmməd Rəsuli isə edam hökmləri icra edilmədən yenidən Urmiya şəhərinin mərkəzi həbsxanasına geri qaytarılıblar. Onlara öz işlərindən şikayət vermək hüququ tanınıb.

VOA

Share/Save/Bookmark